top of page
ANA SƏHİFƏ
DSC_1716.JPG
Nəzarət-buraxılış rejiminin təşkili 
HAQQIMIZDA

Rabitə Nazirliyinin 09 sentyabr 1997-ci il tarixli, 149 saylı əmri ilə Hərbiləşdirilmiş Mühafizə İdarəsi yaradılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 23 sentyabr 1997-ci il tarixində qeydiyyata alınmışdır.

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" Məhdud Məhsulliyyətli Cəmiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin strukturuna daxil olan qurumlarda və struktura daxil olmayan tabeliyindəki qurumlarda, habelə digər qeyri-nəqliyyat və rabitə obyektlərində mühafizə, nəzarət-buraxılış rejimi, yanğın təhlükəsizliyi, baş verə biləcək təxribatlara və digər neqativ hallara qarşı mübarizə, həmçinin digər təhlükəsizlik tədbirləri həyata keçirən mühafizə xidməti qurumudur.

Şəhid
Qarayev Elnur Qalib oğlu

13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Şirvan şəhər 1 saylı tam orta məktəbə qəbul olmuşdur. 2012-ci ildə məktəbin 9- cu sinifini bitirmişdir. Elektrik yanında şagird kimi bu sənətin bütün incəliklərini öyrənmişdir. 9 yanvar 2015-ci ildə Şirvan Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.  Sıravi əsgər olmuş, atıcı-qumbaraatan hərbi ixtisasına yiyələnmişdir. 21 sentyabr 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-yə işə qəbul olmuşdur. İşlədiyi müddət ərzində rabitə daxili xidmət kiçik leytenant rütbəsindən leytenant rütbəsinə yüksəlmişdir. 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinə çağırılmışdır. 06 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən hərbi əməliyyatlar nəticəsində odlu silahla yaralanmış və şəhidlik zirvəsinə yüksəlmişdir.                                                                                                 

Ailəlidir. Zəhra adında qız övladı var.

whatsapp-image-2021-11-05-at-18_edited.png
1
2

Mühafizəsini təşkil etdiyimiz qurumlar

bottom of page