top of page

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin qəhrəman mühafizəçisi Rüfət Həşimov


Martın 4-də Bakının Xətai rayonu ərazisində yerləşən hipermarketlərin birində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı, vətən müharibəsi iştirakçısı Həşimov Rüfət Rahib oğlu xidməti vəzifəsini layiqincə yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.

Bugün səhər saatlarında Hərbiləşdirilmiş Mühafizə İdarəsinin inzibati binasında kollektiv tərəfindən əməkdaşımızın şəkli önünə əklil qoyulub, qərənfillər düzülüb,onun haqqında xatirələr paylaşılıb, xidməti dövründəki fəaliyyətindən danışılıb və bir dəqiqəlik sükutla yad edilib .

Rəhbərlik və kollektiv adından əməkdaşımıza Allahdan rəhmət, yaxınlarına və doğmalarına səbr diləyirik.

1 010 просмотров
bottom of page