top of page

Şəhid
Qarayev Elnur Qalib oğlu

13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olmuşdur. 2003-cü ildə Şirvan şəhər 1 saylı tam orta məktəbə qəbul olmuşdur. 2012-ci ildə məktəbin 9- cu sinifini bitirmişdir. Elektrik yanında şagird kimi bu sənətin bütün incəliklərini öyrənmişdir. 9 yanvar 2015-ci ildə Şirvan Şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.  Sıravi əsgər olmuş, atıcı-qumbaraatan hərbi ixtisasına yiyələnmişdir. 21 sentyabr 2016-cı ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-yə işə qəbul olmuşdur. İşlədiyi müddət ərzində rabitə daxili xidmət kiçik leytenant rütbəsindən leytenant rütbəsinə yüksəlmişdir. 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinə çağırılmışdır. 06 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən hərbi əməliyyatlar nəticəsində odlu silahla yaralanmış və şəhidlik zirvəsinə yüksəlmişdir.                                                                                                 

Ailəlidir. Zəhra adında qız övladı var.

whatsapp-image-2021-11-05-at-18_edited.png
bottom of page