top of page

“HMİ” MMC-nin yaranmasının 25 illik yubileyi



09.09.2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaranmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə “HMİ” MMC-nin yaranma tarixindən, 25 illik fəaliyyəti ərzində gördüyü işlərdən və qarşıda duran öhdəliklərdən bəhs edilmişdir. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin inzibati binasında keçirilən tədbirdə Azərbaycan Respublikasi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini cənab Rövşən Rüstəmov çıxış edərək yubiley münasibəti ilə cəmiyyətin əməkdaşlarını təbrik etmişdir. 25 illik yubiley münasibəti ilə bu sahənin inkişafında böyük əməyi olan əməkdaşlar həmçinin veteranlar nazir müavini və cəmiyyətin direktoru tərəfindən növbəti rütbə,təşəkkürnamə və pul mükafatları ilə təltif olunmuşlar.

Bu gün bütün şəxsi heyət inanırki, 25 il ərzində formalaşmış “HMİ”MMC növbəti illərdə də qarşıya qoyulan bütün vəzifələrini,öhdəliklərini layiqincə yerinə yetirəcək yeni yeni uğurlar qazanacaqdır.

1 225 просмотров
bottom of page