top of page

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 8 noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib.

  • 11 нояб. 2022 г.
  • 1 мин. чтения

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 8 noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin inzibati binasında təşkil olunan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın hərbi sahədə qazandığı qələbələrdən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş rayon və kəndlərimizdən, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsindən bəhs olunmuşdur.

Tədbirdə həmçinin “HMİ” MMC-nin əməkdaşı olmuş şəhid Elnur Qalib oğlu Qarayevdən bəhs edilmiş və ailəsinə maddi yardım göstərilmişdir.

Cəmiyyətdə çalışan 102 əməkdaş Qarabağ müharibəsi iştirakçısıdır. Onlardan 47 nəfər I Qarabağ müharibəsi, 55 nəfər isə II Qarabağ müharibəsi iştirakçısıdır. II Qarabağ müharibəsinin 2-ci il dönümü və 8 noyabr “ZƏFƏR” günü münasibətilə əlaqədar “HMİ” MMC-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçılarına Cəmiyyətin direktoru tərəfindən növbəti fərqlənmə nişanları, pul mükafatı və təşəkkürnamələr verilmişdir.





 
 
 

3 комментария


Sefayil Sirinov
Sefayil Sirinov
29 янв.

Salam sizdən çox xayiş edirəm mənə kömək edəsiz Şirinov səfayil Əbülfət oğlu

Лайк

Sefayil Sirinov
Sefayil Sirinov
28 янв.

Salam axşamınız xeyir olsun mən Şirinov səfayil Əbülfət oğlu məni çağırdılar həbləşmiş muhavizə idarəsinə mənə Telman məlim dedi ki atetstatın yoxdusa sizi işə götürə bilmərik mümkün deyil sizdən çox xayiş edirəm mənə kömək edəsiz

Лайк

Sefayil Sirinov
Sefayil Sirinov
27 янв.

Salam axşamınız xeyir olsun məlim mən Şirinov səfayil Əbülfət oğlu məni çağırdılar həbləşmiş muhavizə idarəsinə mənim attestatım olmadığı üçün məni götürmədilər həmi kasıbam həmdə yeriməm ona görə

Лайк

© 2026 "Hərbiləşdirilmiş mühafizə idarəsi" MMC. Bütün hüquqlar qorunur

bottom of page