top of page

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin həyat xilas edən qəhrəman mühafizəçiləri

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC -nin (Bakı şəhəri üzrə 6 saylı bölmənin) mühafizəçiləri intihara təşəbbüs etmiş bir gəncin həyatını xilas etmişlər. Belə ki, “Azerbaijan Ground Service” MMC obyektində xidmət aparan mühafizəçi Ağayev Rəcəb Kamil oğlu 18 may 2022 ci -il tarixində gecə saat 04:00 radələrində xidmət apardığı əraziyə baxış keçirərkən xırıltı səsləri eşitmişdir. 24-25 yaşlarında bir gəncin (kişi) agacdan elektrik naqili ilə asılı olduğunu aşkar etmişdir. Dərhal müdaxilə edərək şəxsin ayağından qaldırıb boğulmasına mane olmuş və eyni ərazidə xidmət aparan mühafizəçi Xəlfəyev Muxtar Telman oğlunun köməyi ilə elektrik naqilini açıb,şəxsin nəfəs almadığını görüb sayıqlıqla ilkin yardım göstərərək vətəndaşı ayıltmışlar.Daha sonra təcili tibbi yardıma xeber vermişlər.

Mühafizəçilərimiz vəzifə və öhdəliklərini layiqincə yerinə yetirdikləri üçün Cəmiyyətin direktoru cənab Ənvər Yusifov tərəfindən mükafatlandırılmışlar.


Ağayev Rəcəb Kamil oğlu




Xəlfəyev Muxtar Telman oğlu


708 просмотров
bottom of page