top of page

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC-nin "Texnofest" də fəaliyyəti

26-29 May tarixlərində Bakı şəhərində keçiriləcək ölkənin ən böyük tədbiri olan “Texnofest Azərbaycan” ilə bağlı dənizkənarı bulvar ərazisində “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı bir sıra işlər görülüb.

Belə ki, ərazidə qurulmuş çadırlar habelə görülən işlər zamanı ərazidə olan texniki və xüsusi avadanlıqlar tam qeydiyyata alınır və mühafizə olunur. Əməkdaşların hər biri

“İticket” MMC tərəfindən akreditə olunmuş və geyim formaları ilə təmin olunmuşlar.Eyni zamanda hüquq mühafizə orqanları ilə təhlükəsizlik tələbləri barəsində keçirilən görüşlərdə cəmiyyətin rəhbər şəxsləri iştirak edir, qarşılıqlı tələblər müzakirə olunur. Tədbir keçiriləcək tarixlərdə “HMİ” MMC - nin əməkdaşları hüquq mühafizə orqanları və “İticket” MMC ilə birlikdə nəzarət buraxılış rejimini həyata keçirəcəklər.



Əlavə olaraq “HMİ” MMC-nin əməkdaşları ərazidə yanğından mühafizə tədbirlərini həyata keçirir. Müvafiq qurumlar tərəfindən vacib tələblərin, yanğına qarşı avadanlıqların mövcudluğuna və sazlığına nəzarət edir.





687 просмотров

Comments


bottom of page