top of page

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 8 noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 8 noyabr Zəfər gününə həsr olunan tədbir keçirilib. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin inzibati binasında təşkil olunan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın hərbi sahədə qazandığı qələbələrdən, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş rayon və kəndlərimizdən, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsindən bəhs olunmuşdur.

Tədbirdə həmçinin “HMİ” MMC-nin əməkdaşı olmuş şəhid Elnur Qalib oğlu Qarayevdən bəhs edilmiş və ailəsinə maddi yardım göstərilmişdir.

Cəmiyyətdə çalışan 102 əməkdaş Qarabağ müharibəsi iştirakçısıdır. Onlardan 47 nəfər I Qarabağ müharibəsi, 55 nəfər isə II Qarabağ müharibəsi iştirakçısıdır. II Qarabağ müharibəsinin 2-ci il dönümü və 8 noyabr “ZƏFƏR” günü münasibətilə əlaqədar “HMİ” MMC-də fəaliyyət göstərən Vətən müharibəsi iştirakçılarına Cəmiyyətin direktoru tərəfindən növbəti fərqlənmə nişanları, pul mükafatı və təşəkkürnamələr verilmişdir.





1 782 просмотра

Comments


bottom of page