“HMİ” MMC-nin yaranmasının 25 illik yubileyi
- elikosuleymanov4
- 20 сент. 2022 г.
- 1 мин. чтения
09.09.2022-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaranmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə “HMİ” MMC-nin yaranma tarixindən, 25 illik fəaliyyəti ərzində gördüyü işlərdən və qarşıda duran öhdəliklərdən bəhs edilmişdir. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin inzibati binasında keçirilən tədbirdə Azərbaycan Respublikasi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini cənab Rövşən Rüstəmov çıxış edərək yubiley münasibəti ilə cəmiyyətin əməkdaşlarını təbrik etmişdir. 25 illik yubiley münasibəti ilə bu sahənin inkişafında böyük əməyi olan əməkdaşlar həmçinin veteranlar nazir müavini və cəmiyyətin direktoru tərəfindən növbəti rütbə,təşəkkürnamə və pul mükafatları ilə təltif olunmuşlar.
Bu gün bütün şəxsi heyət inanırki, 25 il ərzində formalaşmış “HMİ”MMC növbəti illərdə də qarşıya qoyulan bütün vəzifələrini,öhdəliklərini layiqincə yerinə yetirəcək yeni yeni uğurlar qazanacaqdır.
Salam HƏRBİ XİDMƏTDƏN YENİ GƏLMİŞƏM NƏQLİYYATDA DAŞINMALARIN TƏŞKİLİ İXTİSAS BİTİRMİŞƏM BU QURUMDA UYĞUN VAKANSİYA OLSA İŞLƏYƏ BİLƏRƏM